Berlinin Noyköln rayonunda partlayış baş verib.
Publika.az xəbər verir ki, hadisə nəticəsində 1 qadın həlak olub, 8 nəfər xəsarət alıb. Xəsarət alanların dördü uşaqdır.
Partlayışın birmərtəbəli evdə qaz sızması nəticəsində baş verdiyi bildirilir.
Hadisə yerinə 100-dək yanğınsöndürən cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.