Meksikanın cənubundakı Çiapas əyalətində fəaliyyət göstərən “Senagas” şirkətinə məxsus qaz kəmərində güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat orqanı “La Jornada” məlumat yayıb.
Bildirilir ki, partlayış nəticəsində Meksika ordusunun 5 əsgəri yaralanıb, ətrafdakı tikililər və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Şahidlərin sözlərinə görə, hadisə yerindən 15 metrədək alovlar yüksəlib. Bölgədə qaz axını müvəqqəti dayandırılıb.