Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, Avropa İttifaqının (Aİ) vizasız rejimin ləğvi ilə bağlı təhdidləri əsassızdır.
"Report" xəbər verir ki, o, Aİ-nin üzv dövlətlərinin bu məsələni siyasi təzyiq vasitəsinə çevirməyə hazır olmadığını iddia edib.
"Hamı aydın gördü ki, vizasız gediş-gəlişin ləğvi barədə danışmaq və bununla Gürcüstana təzyiq göstərmək əsassızdır. Avropa İttifaqı bir qələmlə vizasız rejimi siyasət alətinə çevirməyə hazır deyil", - Boçorişvili deyib.
Nazirin sözlərinə görə, Aİ-də bu ideyanın həyata keçirilməsinə kifayət qədər dəstək yoxdur və vizasız rejimin dayandırılması istiqamətində konkret addım atılması gözlənilmir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.