AZ

“Təhsil sistemində plagiat problemi dərinləşir” - Məzahir Məmmədli

“Bu, çox ciddi və diqqət tələb edən məsələdir. Bu gün Azərbaycanda yalnız magistr və doktorant işləri deyil, eləcə də fəlsəfə və elmlər doktorları üçün iş yazanlar var. Xüsusi bir şəbəkə formalaşıb və onlar ixtisaslaşıblar. Maraqlıdır ki, bu fəaliyyətlər demək olar ki, geniş mediaya çıxır. Bütün TikTok və digər sosial şəbəkələrdə, o cümlədən Azərbaycan seqmentində alovlu təbliğatlar gedir. Hələ də bu işlər plagiat hesab olunur, amma geri qaytarılan diplomlar barədə məlumat yoxdur. Nə magistr, nə də doktorant müdafiəsi zamanı bu işlər üzə çıxmır. Sosial şəbəkələrdə də heç kim “mən bu işi yazdırmışam, belə problem yaşadım” demir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə tələbələrə ödəniş müqabilində kurs, diplom və magistr işlərini hazırlamaq təklifləri yayılıb. Ekspertlər isə bildirirlər ki, plagiat halları üzə çıxarsa, Elmi Şura həmin diplomları etibarsız sayaraq ləğv edə bilər.

Ekspert bildirib ki, bütün universitetlərdə plagiatın qarşısını almaq üçün proqramlar mövcuddur.

Seçilən
55
aznews.az

1Mənbələr