Badmintonçumuz Edi Reski Dviçayo Çex Respublikasının paytaxtı Praqa şəhərində keçirilən International Challenge kateqoriyalı "Czech Open" beynəlxalq turnirində bürünc medal qazanıb.
Mübarizəyə əsas mərhələdən start verən Edi ilk görüşündə fransalı Valentin Singeri mübarizədən kənarlaşdırıb - 2:0 (21-12,21-13). Edi 1/8 finalda Hindistan təmsilçisi Dalal Şaşvatı 2:0 (21-12, 21-19) hesabı ilə məğlub edib. 1/4 finalda hər iki setdə ispan Pablo Abiandan üstün olan badmintonçumuz(21-15,21-14) yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. EdiReski Dviçayo finalın bir addımlığında İndoneziya badmintonçusu Məhəmməd Yusufa uduzub 0:2 (14-21, 17-21).