AZ

SOCAR-da ilk dəfə olaraq “İşin icrasına icazə” sisteminin elektron formada tətbiqinə başlanılıb

Bakı. Trend:

Azırbaycan Dövlət Neft Şirkəti (SOCAR) sağlamlıq və əməyinmühafizəsi sahəsində növbəti mühüm addım ataraq, şirkət tarixindəilk dəfə “İşin icrasına icazə” sistemini elektron formada tətbiqetməyə başlayıb.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.

Bildirilib ki, bu yenilik istehsalat obyektlərindətəhlükəsizliyin daha səmərəli təşkilinə və əməliyyat intizamınıngücləndirilməsi imkan verəcək. Qeyd edilib ki, yeni elektron “İşinicrasına icazə” sistemi sənayedə aparıcı beynəlxalq şirkətlərdənbiri tərəfindən hazırlanaraq SOCAR-da uğurla tətbiq edilib. Sistemişin planlaşdırılması, risklərin qiymətləndirilməsi və icraprosesinin izlənilməsi mərhələlərini vahid rəqəmsal platformadabirləşdirir. Bu, təhlükəsizlik tələblərinin tam yerinəyetirilməsinə, resursların səmərəli istifadəsinə və qərarverməproseslərinin operativliyinə imkan yaradır.

“İşin icrasına icazə” sistemi elektron formada ilk olaraqSOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft vəqazçıxarma idarəsində tətbiq edilib. Layihə işə nəzarətprinsiplərinə əsaslanır və bütün əməliyyatların koordinasiyalı,nəzarət altında və müəyyən olunmuş qaydalar çərçivəsində icrasınıtəmin edir.

Elektron “İşin icrasına icazə” sisteminin tətbiqi ilə yanaşı,enerji sistemlərinin təcrid edilməsi (LOTO) mexanizmləri dəyenilənib. Bu, əməliyyatlarda insan etibarlılığınınyüksəldilməsinə, potensial risklərin vaxtında aradan qaldırılmasınavə istehsalat proseslərinin daha təhlükəsiz şəkildə idarəolunmasına şərait yaradır.

“İşin icrasına icazə” sisteminin rəqəmsal müstəviyə keçirilməsiSOCAR-ın rəqəmsallaşma strategiyasının mühüm tərkib hissəsidir. Butəşəbbüs sayəsində əməliyyatlarda şəffaflıq, nəzarət və məsuliyyətprinsipləri daha da gücləndirilir, təhlükəsizlik mədəniyyəti isədavamlı inkişaf yoluna çıxarılır.

SOCAR bu yeniliklə əməliyyat mükəmməlliyi və prosestəhlükəsizliyi sahəsində sənayedə mövqeyini möhkəmləndirir vəgöstərir ki, texnoloji inkişafla təhlükəsizlik dəyərlərininuzlaşması şirkətin gələcək uğurlarının əsasını təşkil edir.

Seçilən
109
6
az.trend.az

7Mənbələr