“Taxtakörpü” su anbarından meyit tapıldı
                    
                         
Şabranda su hövzəsindən meyit tapılıb.
aia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 18-i saat 15 radələrində Şabrandakı “Taxtakörpü” su anbarında qeydə alınıb.
Anbardan üzərində zorakılıq əlamətləri görünməyən 30-35 yaşlı kişi meyiti tapılıb.
Ölən şəxsin kimliyi hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
aia.az 
 
 
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
