AZ

Naxçıvanda ayının hücum etdiyi 51 yaşlı kişinin vəziyyəti açıqlandı

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Naxçıvanda ayı hücumuna məruz qalan kişinin vəziyyəti stabildir.

Bunu Oxu.Az-a Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyindən (TMİB) məlumat verilib.

Məlumatda bildirilir ki, Babək rayonunun Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məzahir Tağı oğlu Məmmədov hər iki bud, baldır, sağ said əl, qarın nahiyəsinin ayı dişləməsindən sonrakı əzilmiş, didilmiş və cırılmış yarası ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir.

Xatırladaq ki, Babək rayonunun Payız kəndində ayı ata və oğula hücum çəkib.

Hadisə nəticəsində Məzahir Məmmədov xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
121
4
oxu.az

5Mənbələr