AZ

Naxçıvanda ayının hücum etdiyi 51 yaşlı kişinin vəziyyəti açıqlandı

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvanda ayı hücumuna məruz qalan kişinin vəziyyəti stabildir.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyindən (TMİB) məlumat verilib.

Məlumatda bildirilir ki, Babək rayonunun Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məzahir Tağı oğlu Məmmədov hər iki bud, baldır, sağ said əl, qarın nahiyəsinin ayı dişləməsindən sonrakı əzilmiş, didilmiş və cırılmış yarası ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir.

Xatırladaq ki, Babək rayonunun Payız kəndində ayı ata və oğula hücum çəkib.

Hadisə nəticəsində Məzahir Məmmədov xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
4
avtosfer.az

5Mənbələr