AZ

Nazir: Azərbaycanın geotermal istilik potensialı 571,2 MVt qiymətləndirilir

BAKI, 20 oktyabr. TELEQRAF

Azərbaycanın geotermal istilik potensialı 571,2 MVt, elektrik enerjisi potensialı isə 57,1 MVt qiymətləndirilir.

Teleqraf xəbər verir ki, bu barədə 20 Oktyabr Energetiklər Günü münasibətilə energetika naziri Pərviz Şahbazovun "Azərbaycan" qəzetində dərc olunan “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində qeyd olunub.

Perspektivli bölgələr arasında Böyük Qafqaz, Şamaxı-Qobustan, Kəlbəcər-Laçın, Masallı-Astara və Naxçıvan yer alır. Pilot layihələr çərçivəsində istismarı başa çatmış neft və qaz quyularından istifadə edilərək enerji istehsalı nəzərdə tutulur: Bibiheybətdə bu quyular vasitəsilə istilik enerjisi, Kürdəmirdə isə elektrik enerjisi əldə ediləcək. Masallıda isə hibrid texnoloji həllərlə istixanalar qızdırılacaq. Tədqiqatlar göstərir ki, geotermal enerji bioenerji ilə birləşdirildikdə daha dayanıqlı və aşağı karbonlu enerji sistemlərinin yaradılmasına imkan verir.

Seçilən
87
2
teleqraf.com

4Mənbələr