AZ

Azərbaycanın geotermal istilik potensialı açıqlanıb

Azərbaycanın geotermal istilik potensialı 571,2 MVt, elektrik enerjisi potensialı isə 57,1 MVt qiymətləndirilir.

Demokrat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.

Onun sözlərinə görə, perspektivli bölgələr arasında Böyük Qafqaz, Şamaxı-Qobustan, Kəlbəcər-Laçın, Masallı-Astara və Naxçıvan yer alır. Pilot layihələr çərçivəsində istismarı başa çatmış neft və qaz quyularından istifadə edilərək enerji istehsalı nəzərdə tutulur: "Bibiheybətdə bu quyular vasitəsilə istilik enerjisi, Kürdəmirdə isə elektrik enerjisi əldə ediləcək. Masallıda isə hibrid texnoloji həllərlə istixanalar qızdırılacaq. Tədqiqatlar göstərir ki, geotermal enerji bioenerji ilə birləşdirildikdə daha dayanıqlı və aşağı karbonlu enerji sistemlərinin yaradılmasına imkan verir".

Xatırladaq ki, Dünya Bankı Azərbaycanın geotermal resurslarının potensialının qiymətləndirilməsi üçün texniki yardım göstərir. Ötən həftə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Green" elan edib ki, ölkədə ilk geotermal stansiya 2030-cu ilə qədər istifadəyə veriləcək. Hazırda SOCAR geotermal texnologiyalar sahəsində təcrübəyə malik olan tərəfdaş-səhmdar axtarışındadır.

Seçilən
34
2
demokrat.az

4Mənbələr