AZ

Boliviyada keçirilən prezident seçkilərində Rodriqo Paz qalib gəlib » AzadMedia.az

Boliviyada

Senator Rodriqo Paz Boliviya prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Bu barədə rəqəmlər Cənubi Amerika ölkəsinin Ali Seçki Tribunalının dərc etdiyi nəticələrdə öz əksini tapıb.

Belə ki, Mərkəzçi Xristian-Demokrat Partiyasının namizədi seçicilərin 54,61%-nin dəstəyini qazanıb.

"Mən Rodriqo Paz Pereyranı Boliviyada ilk dəfə keçirilən tarixi ikinci tur nəticəsində prezident seçilməsi münasibətilə təbrik edir və onun hökumətinə uğurlar arzulayıram", - deyə hazırkı prezident Luis Arse "X" platformasında yazıb.

O qeyd edib ki, hakimiyyətin seçkilərlə formalaşmış bir hökumətdən digərinə ötürülməsi son 28 ildə ilk dəfə baş verəcək.

Seçilən
36
5
azadmedia.az

7Mənbələr