
Senator Rodriqo Paz Boliviya prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Bu barədə rəqəmlər Cənubi Amerika ölkəsinin Ali Seçki Tribunalının dərc etdiyi nəticələrdə öz əksini tapıb.
Belə ki, Mərkəzçi Xristian-Demokrat Partiyasının namizədi seçicilərin 54,61%-nin dəstəyini qazanıb.
"Mən Rodriqo Paz Pereyranı Boliviyada ilk dəfə keçirilən tarixi ikinci tur nəticəsində prezident seçilməsi münasibətilə təbrik edir və onun hökumətinə uğurlar arzulayıram", - deyə hazırkı prezident Luis Arse "X" platformasında yazıb.
O qeyd edib ki, hakimiyyətin seçkilərlə formalaşmış bir hökumətdən digərinə ötürülməsi son 28 ildə ilk dəfə baş verəcək.