AZ

Honkonq aeroportunda təyyarə zolaqdan çıxaraq dənizə düşüb, ölən var

Pekin, 20 oktyabr, AZƏRTAC

Dubaydan gələn “Emirates” şirkətinə məxsus “Boeing 747” yük təyyarəsi Honkonq beynəlxalq hava limanının şimal uçuş zolağına enərkən sürüşərək zolaqdan çıxıb və bir hissəsi dənizə batıb.

AZƏRTAC Çin mediasına istinalda xəbər verir ki, yerli vaxtla səhər saat 4 radələrində baş verən hadisə nəticəsində 1 nəfər ölüb.

Təyyarə sürüşüb dənizə düşməzdən əvvəl yerüstü xidmət avtomobili ilə toqquşaraq onu da suyu salıb. Avtomobildə olan bir nəfər ölüb, digəri isə yaralı halda xəstəxanaya çatdırılıb. Təyyarənin heyət üzvləri xəsarət almayıb.

Qəza nəticəsində hava limanının şimal uçuş-enmə zolağı qısa müddətə bağlanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
104
12
azertag.az

10Mənbələr