AZ

"Emirates"in təyyarəsi dənizə düşdü - Ölən var

Dubaydan gələn "Emirates" şirkətinə məxsus "Boeing 747" yük təyyarəsi Honkonq beynəlxalq hava limanının şimal uçuş zolağına enərkən sürüşərək zolaqdan çıxıb və bir hissəsi dənizə batıb...

Trend xəbər verir ki, yerli vaxtla səhər saat 4 radələrində baş verən hadisə nəticəsində 1 nəfər ölüb.

Təyyarə sürüşüb dənizə düşməzdən əvvəl yerüstü xidmət avtomobili ilə toqquşaraq onu da suya salıb. Təyyarənin heyət üzvləri xəsarət almayıb.

Qəza nəticəsində hava limanının şimal uçuş-enmə zolağı qısa müddətə bağlanıb.

Poliqon.info

Seçilən
39
12
poliqon.info

10Mənbələr