AZ

Yer kürəsində oktyabr ayında üçüncü maqnit qasırğası başlayıb

Bakı. Trend:

Alimlərin proqnozlaşdırdığı maqnit qasırğası Yer kürəsindəbaşlayıb. Bu, oktyabr ayında üçüncü qasırğadır.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər AkademiyasınınKosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası"Telegram" kanalında bildirib.

"Oktyabrın üçüncü maqnit qasırğası başlayıb", deyə qeyd olunub.İnstitut qeyd edib ki, artıq oktyabrda iki maqnit qasırğası -oktyabrın 1-dən 3-dək, digəri isə oktyabrın 12-də baş verib.

Bildirilib ki, Yerin maqnit sahəsinin (gücünün) pozulma dərəcəsibeş səviyyəli şkalada "G1" səviyyəsinə çatdı, burada G5 "son dərəcəgüclü", G1 isə "zəif" dərəcədir.

Seçilən
82
9
az.trend.az

2Mənbələr