AZ

Yer kürəsində oktyabrın üçüncü maqnit qasırğası qeydə alınıb

BAKI, 19 oktyabr. TELEQRAF

Alimlərin proqnozlaşdırdığı maqnit qasırğası Yer kürəsində başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası yayıb.

Məlumata görə, oktyabrın üçüncü maqnit qasırğası başlayıb. Onlardan biri 1–3 oktyabr, digəri isə 12 oktyabr tarixlərində baş verib.
Qeyd edilib ki, Yerin maqnit sahəsinin (gücünün) pozulma dərəcəsi beş səviyyəli şkalada "G1" səviyyəsinə çatıb.

Bu şkalada G5 "son dərəcə güclü", G1 isə "zəif" dərəcədir.

Seçilən
69
25
teleqraf.com

10Mənbələr