AZ

Prezident İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın18-də ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi DənizQüvvələrinin admiralı Bred Kuperi qəbul edib.

Trend xəbər verir ki, qonaq Vaşinqtonda ABŞ Prezidentininşahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyininirəli aparılmasına dair əldə edilmiş nailiyyətlər münasibətiləPrezident İlham Əliyevə təbriklərini çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı buməsələdə Prezident Donald Trampın xüsusi rolunu qeyd etdi.Vaşinqtonda imzalanmış sənədlərin regionun inkişafı üçün genişimkanlar yaratdığını vurğulayan Prezident İlham Əliyev AzərbaycanlaErmənistanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarınıdedi.

Söhbət zamanı son dövrlərdə Azərbaycan-ABŞ ikitərəflimünasibətlərinin inkişafı məmnunluqla qeyd edildi, hərbi vəhərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikirmübadiləsi aparıldı.

Prezident
Prezident
Prezident
Prezident
Seçilən
8
49
az.trend.az

10Mənbələr