AZ

"Ayın qolu" layihəsinin qalibləri mükafatlandırıldı

Misli Premyer Liqasında “Ayın qolu” layihəsində avqust və sentyabr aylarının qalibləri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Ən yaxşı qollarının müəllifləri olan “Şamaxı” klubunun futbolçuları - müvafiq olaraq, Dioqo Balau və Andrey Tirkoveanu mükafatlandırılıb.

Onlara mükafatları Misli Premyer Liqasının VIII turunun “Şamaxı” – “Kəpəz” görüşündən əvvəl Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Seçilən
100
1
fanat.az

9Mənbələr