"Şamaxı"nın futbolçuları Dioqo Balau və Andrey Tirkoveanu "Ayın qolu" layihəsi çərçivəsində mükafatlarını alıblar.
Offsideplus.az xəbər verir ki, Balau avqust, Tirkoveanu isə sentyabr ayının ən yaxşı qolunun müəllifi kimi bu mükafata layiq görülüb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Onlara mükafatları Misli Premyer Liqasının VIII turunun "Şamaxı" – "Kəpəz" görüşündən (1:4) əvvəl PFL-in texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.