AZ

Kərkicahana köçlə bağlı işlər aparılır

Xankəndi.Trend:

III Milli Şəhərsalma Forumu regionda aparılan genişmiqyaslıbərpa və quruculuq işlərinin, müasir şəhərsalma prinsiplərinintətəbiqinin və dayanıqlı inkişafın nümayişidir.

Trend-inQarabağ bürosu xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə vəXocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəsi Elçin Yusubov III Milli Şəhərsalma Forumunda çıxışızamanı bildirib.

"Bu forum, eyni zamanda beynəlxalq əməkdaşlığın və təcrübəmübadiləsinin vacibliyini bir daha göstərir. Bu sadəcə bir forumdeyil, bu, azad edilmiş torpaqlarımızda yenidənqurmanın, bərpanınvə inkişafın simvoludur. Xankəndi artıq Azərbaycanın gələcəyininmodeli kimi formalaşır, burada həyata keçirilən layihələr insanmərkəzli inkişaf və ekoloji tarazlıq prinsiplərinə əsaslanır".

Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa vəquruculuq işləri çərçivəsində 19 yaşayış məntəqəsinə o cümlədən,Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Ağdərə rayonunun 7kəndinə və Xocalı rayonunun 11 kəndinə əhalinin köçü ilə bağlıişlər aparılır. Artıq 22 mindən çox şəxs doğma torpaqlardaməskunlaşıb.

E. Yusubov çıxışında bölgəyə 65 milyon manatdan çox investisiyayatırıldığı, fəaliyyətə başlamış obyektlər üzrə 3 mindən artıqşəxsin işlə təmin olunduğu barədə də məlumat verib.

Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, Xankəndidəkeçirilən Forum beynəlxalq əməkdaşlıq, yaşıl enerji və dayanıqlıinkişaf prinsiplərinin müzakirəsi üçün mühüm platformadır vəQarabağın gələcək inkişafına yeni impuls verəcək.

Xatırladaq ki, bir neçə il əvvəl Azərbaycanın BMT-nin müvafiqixtisaslaşmış agentliyi – UN-Habitat ilə birgə irəli sürdüyütəşəbbüs əsasında yaradılan bu platforma artıq ənənə halını alıb.Forum hökumət, özəl sektor, qeyri-hökumət təşkilatları, elmidairələr, memarlar və mütəxəssislərin bir araya gələrək aktualşəhərsalma mövzularını müzakirə etməsi və həll yolları təqdimetməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ənənəvi olaraq forumunilk iki toplantısı Ağdam və Zəngilanda keçirilib. Bu il isə tədbirhəm Bakıda, həm də Xankəndidə keçirilir.

Seçilən
103
14
az.trend.az

10Mənbələr