AZ

FIBA Çempionlar Liqası: “Sabah” Bakıda Almaniya klubu ilə qarşılaşacaq

Bakı, 15 oktyabr, AZƏRTAC

"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçını keçirəcək.

AZƏRTAC xəbər verir ki, B qrupunda yer alan komanda Bakıda Almaniya təmsilçisi "Alba"nı sınağa çəkəcək.

Milli Gimnastika Arenasında təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv keçirdiyi ilk matçda Çexiyanın "Nimburk" klubuna 93:65 hesabı ilə uduzub.

Seçilən
32
1
azertag.az

8Mənbələr