Bakı. Trend:
“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsasmərhələsində növbəti matçına çıxıb.
Trend-inməlumatına görə, B qrupunda yer alan komanda Bakıda Almaniyatəmsilçisi “Alba”nı sınağa çəkib.
Milli Gimnastika Arenasında təşkil olunan görüş rəqibin 85:76hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektivkeçirdiyi ilk matçda Çexiyanın “Nimburk” klubuna 65:93 hesabı iləuduzub.