AZ

Tramp Makronu ələ saldı

ABŞ prezidenti Donald Tramp Yaxın Şərq münaqişəsi ilə bağlı keçirilən sülh konfransı zamanı fransalı həmkarı Emmanuel Makronu ələ salıb.

XəzərNews.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Tədbir zamanı keçirilən mətbuat konfransında Tramp bir neçə dövlət başçısına sülhə nail olmaq səylərinə görə təşəkkürünü bildirib və Fransa prezidentini də xüsusi qeyd edib.

“Çox sağ ol, Emmanuel. Mənə elə gəlir, Emmanuel haradasa arxamda dayanıb,” - deyə Tramp arxaya baxaraq söyləyib.

Ona Makronun zalda oturduğu bildirildikdə, ABŞ prezidenti təəccübünü gizlətməyib.

“İnanmıram, sən bu gün diqqət mərkəzində olmamağı seçmisən?” - Tramp bunu istehzalı şəkildə deyib və digər liderlərin gülüşünə səbəb olub.

BFMTV-nin yazdığına görə, Makronun ətrafı bildirib ki, o, digər ölkə liderləri kimi Trampın arxasında dayanmaqdan qəsdən imtina edib, çünki “fransızlar öz prezidentlərindən bunu gözləmir”.

Zəhra

Xəbər 2 dəfə oxunub.
Seçilən
19
xezernews.az

1Mənbələr