AZ

“Zelenskinin nə istəyəcəyini bilirəm” − Tramp

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 17-də ondan Ukraynanı “Tomahawk” raketləri ilə təmin etməyi xahiş etmək niyyətindədir.

Yeniavaz.com xəbər verir ki, Tramp bunu Ağ Evdə argentinalı həmkarı Xavyer Miley ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Prezident oktyabrın 17-də gələcək və mən onun nə deyəcəyini bilirəm. O, silah istəyir. O, “Tomahawk”lar almaq istəyir. Hamı onları istəyir. Bizdə çoxlu “Tomahawk”lar var. Sizə “Tomahawk”lar lazım deyil?”, - Tramp Mileyə deyib.

ABŞ başçısı qeyd edib ki, raket Argentinada müxalifətə qarşı istifadə oluna biləcək:

“Birləşmiş Ştatlarda da “Tomahawk”dan müxalifətə qarşı istifadə edilə bilər. Mən bunu etməzdim; mən onlardan daha yaxşıyam. Demokratların imkanları olsaydı, onlardan istifadə edərdilər”.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti bəyan edib ki, “Tomahawk”ın Kiyevə köçürülməsi ilə bağlı yekun qərarı verməzdən əvvəl, çox güman ki, Rusiya prezidenti ilə bunu müzakirə edəcək.

Rusiya Prezidenti Vladimir Putin Amerika hərbçilərinin birbaşa iştirakı olmadan “Tomahawk” raketlərindən istifadənin qeyri-mümkün olduğunu qeyd edib və xəbərdarlıq edib ki, bu, Rusiya ilə ABŞ arasında münasibətlər də daxil olmaqla, eskalasiyanın tamamilə yeni, keyfiyyətcə yeni mərhələsini təmin edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
18
yeniavaz.com

10Mənbələr