AZ

Trampın Makronu hədələdiyi üzə çıxdı

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində ABŞ Prezidenti Donald Tramp ilə fransalı həmkarı Emmanuel Makron arasındakı salamlaşma zamanı maraqlı dialoq yaşanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat yayıb.

Dodaqdan oxuma üzrə ekspert Nikola Hiklinq bildirib ki, Tramp Makronu hədələyib: "Mən yalnız başqalarına zərər verənlərə zərər verirəm", - deyə Tramp bildirib.

"Gəlin bunu bağlı qapılar arxasında həll edək", - Makron təklif edib.

Daha sonra Makron Trampa "Siz özünüz görəcəksiniz, indi nə olacaq" deyə xəbərdarlıq edib.

"Mən sənin bunu etdiyini görmək istərdim. Bir azdan görüşərik", - Tramp cavab verib.

Jurnalist Nik Sottor isə Misirdə keçirilən sammitdə Makronun Trampdan ciddi şəkildə qorxduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
14
oxu.az

10Mənbələr