AZ

Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəni zirvəyə apardı POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Sözsüz ki, bu, tarixi bir hadisədir və onun əhəmiyyətini biz illər sonra daha dərindən dərk edə bilərik, yaxud da artıq etmişik. Çünki məhz bu tarixdən — yəni 15 oktyabr 2003-cü ildən — Azərbaycanın şanlı qələbə yolu başlayıb. Bu qələbə yolunun kulminasiya nöqtəsi isə Azərbaycanın bütün ərazilərinə, suveren torpaqlarına sahib çıxması oldu. Bu da, əlbəttə ki, misilsiz bir tarixi hadisə idi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bu prosesin önündə Azərbaycan Prezidenti, onun uzaqgörən siyasəti və uğurlu kursu dayanırdı: "Qeyd etmək lazımdır ki, bu illər ərzində Azərbaycan müxtəlif təhdidlər və çətinliklərlə üzləşdi — həm daxili, həm də xarici. Müxtəlif qüvvələr ölkədə çevriliş cəhdləri etməyə çalışır, eyni zamanda xaricdən də böyük təzyiqlər göstərilirdi. Bütün bu təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev effektiv siyasət yürüdür, əsas inkişaf xəttinin dəyişməz qalmasına nail olurdu.

Vaxtilə bu təzyiqlər o qədər ciddi idi ki, ümumi gedişata təsir göstərə bilərdi. Lakin Prezident İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində bu kurs dəyişmədi, əksinə, daha da möhkəmləndi və ölkə öz sabit inkişaf yolunu qorudu. Burada təkcə siyasi və ya hərbi nailiyyətlərdən deyil, həm də iqtisadi uğurlardan bəhs etmək lazımdır. Azərbaycan bu illər ərzində regionun aparıcı iqtisadi gücünə çevrildi. Prezidentin şəxsi təşəbbüsü ilə enerji, nəqliyyat və yüksək texnologiyalar sahəsində mühüm layihələr həyata keçirildi. Bu layihələr Azərbaycanın bu gününü və gələcəyini formalaşdıran əsas amillərdir.

Əgər 2003-cü ildə tarix başqa istiqamətdə inkişaf etsəydi, çətin ki, bu nəticələr əldə olunardı. Çətin ki, Azərbaycan bu günkü nailiyyətlərə çata bilərdi. Bu gün hətta Azərbaycanın düşmənləri, onu istəməyən qüvvələr belə bu reallığı qəbul etmək məcburiyyətindədirlər. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin apardığı siyasi kurs, ümummilli lider Heydər Əliyevin irsinin davam etdirilməsi xətti — uğurlu və alternativsiz bir yoldur. Azərbaycan bu kursla inkişaf etməyə, möhkəmlənməyə və gələcəyə inamla irəliləməyə davam edir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
sia.az

2Mənbələr