AZ

"Kür-Araz"ın apellyasiya şikayəti təmin olunmadı

2-ci liqa təmsilçisi "Kür-Araz"ın oyunçusu Elnur Məmmədov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verdiyi apellyasiya şikayəti təmin olunmayıb.

"Football-plus.az" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı II turda "Göygöl"lə matçdan sonra 4 oyunluq diskvalifikasiya edilən kapitanın cəzasını qüvvədə saxlayıb.

Xatırladaq ki, "Göygöl" və "Kür-Araz" arasında keçirilən görüşdən sonra hakimin ikinci sarı vərəqəsindən sonra qırmızı vərəqə aldığına və oyunun hakimlərini təhqir etdiyinə görə Məmmədov 4 oyun cəzalanıb. "Kür-Araz" isə 1000 manat cərimələnib.

Seçilən
22
8
football-plus.az

10Mənbələr