AZ

Qarabağ və Şərqi Zəngəzurda faydalı qazıntı təzahürlərinin qiymətləndirilməsini aparacaq şirkət müəyyənləşib

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları ərazilərində birmüddət əvvəl elan edilən geofiziki anomaliyaların təhlili vəfaydalı qazıntı təzahürlərinin qiymətləndirilməsi işlərini aparacaqşirkət müəyyənləşdirilib.

Trend-inməlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinintabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi bununla bağlı müvafiqişlərə yekun vurub.

Belə ki, qurum sözügedən işlərin icrasını “Geo Company” MəhdudMəsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqaviləbağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 159 804 manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu “Geo Company” MMC 2022-ciildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olanşirkətin qanuni təmsilçisi İgidov Tural Şahruddin oğludur.

Seçilən
10
1
az.trend.az

2Mənbələr