AZ

Bakıda daha bir marşrutun avtobusu yenilənir

BAKI, 13 oktyabr. TELEQRAF

Paytaxtın Sabunçu dəmoryol stansiyasını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və metronun “Dərnəgül” stansiyası ilə əlaqələndirən 93 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, oktyabrın 14-dən sərnişinlərin xidmətinə veriləcək 10 ədəd "King Long" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 11-12 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Marşrut üzrə gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Seçilən
5
27
teleqraf.com

10Mənbələr