AZ

Albanın yerini kim tutacaq?

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xordi Alba peşəkar futbolçu həyatı ilə bağlı vacib qərar verib. “İnter Mayami”nin müdafiəçisi karyerasını tezliklə başa vuracaq."Football-plus.az" xəbər verir ki, 36 yaşlı ispaniyalı müdafiəçi bu barədə sosial şəbəkə hesablarında video paylaşıb. O, MLS-də mövsüm sona çatdıqdan sonra, yəni bu ayın sonunda peşəkar futbolla vidalaşacaq.“Barselona”nın yetirməsi olan İspaniya yığmasının sabiq üzvü “Kornelya”, “Ximnastik” və “Valensiya”da da çıxış edib. “Barselona”da 2012-23-cü illərdə oynayan futbolçu 6 dəfə La Liqanın, 1 dəfə Çempionlar Liqasının çempionu olub. Onun İspaniya yığması ilə 2012-ci ildə Avropa çempionatının, 2023-cü ildə isə Millətlər Liqasının qalibi olduğunu da qeyd edək.“İnter Mayami” rəhbərliyi artıq Xordinin yerini kimin tutacağını müəyyən edib. “Tottenhem”in futbolçusu Serxio Regilon karyerasını ABŞ-də davam etdirəcək. “Sky Sports”un məlumatına görə, ispaniyalı müdafiəçi tezliklə “İnter Mayami”yə keçəcək. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanacaq. İspaniya yığmasının sabiq üzvü Mayami klubunda Albanı əvəzləyəcək.Regilon hazırda icarə əsasında “Brentford”da çıxış edir. O, “Real”, “Loqronyes”, “Sevilya”, “Atletiko” və “Mançester Yunayted”də də top qovub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
icma.az

2Mənbələr