AZ

Albanın yerini kim tutacaq?

Xordi Alba peşəkar futbolçu həyatı ilə bağlı vacib qərar verib. “İnter Mayami”nin müdafiəçisi karyerasını tezliklə başa vuracaq.

"Football-plus.az" xəbər verir ki, 36 yaşlı ispaniyalı müdafiəçi bu barədə sosial şəbəkə hesablarında video paylaşıb. O, MLS-də mövsüm sona çatdıqdan sonra, yəni bu ayın sonunda peşəkar futbolla vidalaşacaq.

“Barselona”nın yetirməsi olan İspaniya yığmasının sabiq üzvü “Kornelya”, “Ximnastik” və “Valensiya”da da çıxış edib. “Barselona”da 2012-23-cü illərdə oynayan futbolçu 6 dəfə La Liqanın, 1 dəfə Çempionlar Liqasının çempionu olub. Onun İspaniya yığması ilə 2012-ci ildə Avropa çempionatının, 2023-cü ildə isə Millətlər Liqasının qalibi olduğunu da qeyd edək.

“İnter Mayami” rəhbərliyi artıq Xordinin yerini kimin tutacağını müəyyən edib. “Tottenhem”in futbolçusu Serxio Regilon karyerasını ABŞ-də davam etdirəcək. “Sky Sports”un məlumatına görə, ispaniyalı müdafiəçi tezliklə “İnter Mayami”yə keçəcək. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanacaq. İspaniya yığmasının sabiq üzvü Mayami klubunda Albanı əvəzləyəcək.

Regilon hazırda icarə əsasında “Brentford”da çıxış edir. O, “Real”, “Loqronyes”, “Sevilya”, “Atletiko” və “Mançester Yunayted”də də top qovub.

Seçilən
4
1
football-plus.az

2Mənbələr