AZ

Hazırkı dövrdə Fələstinin dövlət kimi tanınması real görünmür -ŞƏRH

"Bu gün Misirdə Yaxın Şərq Sülh Sammiti olacaq. Bu sammit birbaşa Amerika Prezidenti Donald Trampın təşkilatçılığı ilə həyata keçirilir. Bu, sözün həqiqi mənasında çox böyük bir məsələdir".

Bu fikirləri Redaktor.az-a politoloq Elşad Həsənov bu gün Misirdə keçiriləcək Yaxın Şərq Sülh Sammitindən danışarkən bildirdi.

"Maraqlıdır ki, bu sammitdə 20-dən artıq ölkənin dövlət başçıları iştirak edəcək. Sammitə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət olunub. Əsas məsələ Qəzza zolağında sülhün əldə olunmasıdır. Bugünkü görüşdə nə İsrail iştirak edir, nə də HƏMAS qüvvələri iştirak edir", - deyə o, qeyd etdi.

Politoloq Fələstinin rəsmi dövlət kimi tanınması məsələsinə də toxundu:

"Hazırkı dövrdə Fələstinin dövlət kimi tanınması real görünmür, çünki hələlik buna ABŞ dövləti, Tramp razı deyil. Ona görə də hesab edirəm ki, bu görüşdə əsasən sülhün əldə olunması, girovların dəyişdirilməsi, Qəzzada fələstinlilərin evlərinin tikilməsi və bərpa olunması, onlara humanitar yardım göstərilməsi məsələləri müzakirə olunacaq. Əsas da bu münaqişənin bir daha qalxmaması üçün müəyyən tədbirlər görüləcək. Fələstin dövlətinin yaranması və tanınması məsələsi hələlik qarşıda dayanmır".

Aytəkin TOFİQQIZI

Seçilən
37
50
redaktor.az

10Mənbələr