AZ

Aİ X sosial şəbəkəsinə qarşı araşdırma çərçivəsində yeni aspektləri öyrənir

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Komissiyası (AK) İlon Maska məxsus "X" sosial şəbəkəsinə qarşı araşdırma çərçivəsində yeni aspektləri nəzərdən keçirir.

Oxu.Az-ın məlumatına görə, bu barədə AK-nın sədr müavini, texnoloji suverenlik, təhlükəsizlik və demokratiya üzrə avrokomissar Henna Virkkunen "Euractiv" portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, yoxlama zamanı Avropa İttifaqının (Aİ) Rəqəmsal Xidmətlər Haqqında Qanununun (Digital Services Act, DSA) tələblərinə riayət edilməsi ilə bağlı bir neçə mövzu təhlil edilir.

Avrokomissar əlavə edib ki, Rəqəmsal Xidmətlər Haqqında Qanunun qaydaları texnoloji şirkətlərin mənşə ölkəsindən asılı olmayaraq hamıya eyni şəkildə tətbiq edilir.

Xatırladaq ki, Aİ-də "X"ə qarşı araşdırma 2023-cü ilin dekabrında başlayıb. AK şirkəti rəqəmsal xidmətlər haqqında qanunu pozmaqda şübhəli bilir ki, bu qanun internet resurslarının operatorlarını məhkəmə qərarları olmadan Aİ-də qadağan edilmiş kimi işarələnmiş kontenti silməyə məcbur edir.

Aprel ayının 4-də "X"ə 1 milyard dollardan çox məbləğdə cərimə tətbiq edilməsi imkanının Avropa tənzimləyiciləri tərəfindən nəzərdən keçirildiyini bildirilmişdi.

Bundan əlavə, Aİ "X"ə qarşı daha bir araşdırma aparır. Qeyd edilir ki, araşdırma çərçivəsində "X" istifadəçi kontentinə qarışmaması səbəbindən Aİ-də nifrət və dezinformasiyanın yayılması mərkəzi kimi qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
oxu.az

1Mənbələr