AZ

Xəzinə vəsaitlərinin idarə olunmasından büdcə daxilolmaları 4,3 dəfə artıb

Bakı. Trend:

Xəzinə qalığının idarə edilməsi üzrə görülmüş işlər nəticəsində,2025-ci il 1 oktyabr tarixinə milli valyutada olan xəzinəvəsaitləri üzrə 65,8 milyon manat, xarici valyutada olan vəsaitlərüzrə isə 9,3 milyon manat ekvivalentində olmaqla, ümumilikdə 75,1milyon manat məbləğində faiz gəliri əldə edilib.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü il ərzində xəzinəvəsaitlərinin idarə olunmasından büdcəyə daxil olan 17,5 milyonmanatla müqayisədə təxminən 4,3 dəfə çoxdur.

Qeyd edək ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarəolunması və büdcəyə əlavə gəlir gətirilməsi məqsədilə 2025-ci ildənetibarən Maliyyə Nazirliyi tərəfindən xəzinə hesabının millivalyutada olan vəsaitlərinin aktiv idarə edilməsinə başlanılıb. Buçərçivədə xəzinə qalığının müəyyən hissəsinin kapitallaşma vəaktivlərinin həcminə görə ən iri beş yerli bankda depozitəyerləşdirilməsi üzrə depozit hərracları keçirilir.

Seçilən
40
2
az.trend.az

9Mənbələr