AZ

Azərbaycanda xəzinə vəsaitlərinin idarə olunmasından daxilolmalar artıb

Bu ilin yanvar-sentyabr aylarında Maliyyə Nazirliyi xəzinə vəsaitlərinin idarə olunmasından 75,1 milyon manat gəlir əldə edib.Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur.Belə ki, milli valyutada olan xəzinə vəsaitləri üzrə 65,8 milyon manat, xarici valyutada olan vəsaitlər üzrə isə 9,3 milyon manat faiz gəliri əldə olunub.

Xatırladaq ki, Azərbaycanda dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və büdcəyə əlavə gəlir gətirilməsi məqsədilə bu ildən xəzinə hesabının milli valyutada olan vəsaitlərinin aktiv idarə edilməsinə başlanılıb. Bu çərçivədə xəzinə qalığının müəyyən hissəsinin kapitallaşma və aktivlərinə görə ən iri 5 yerli bankda depozitə yerləşdirilməsi üzrə depozit hərracları keçirilir.

Seçilən
59
4
metbuat.az

9Mənbələr