AZ

Tramp Putini “Tomahawk”-la hədələdi

ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə uzunmənzilli “Tomahawk” qanadlı raketlərinin Ukraynaya təhvil verilməsini müzakirə edə biləcəyini bildirib. 

"Mən deyə bilərəm ki, bu müharibə həll olunmasa, mən Ukraynaya “Tomahawk” göndərərəm. Onları göndərə bilərəm. “Tomahawk” inanılmaz silahdır, çox hücumçudur. Düzünü desəm, Rusiyanın buna ehtiyacı yoxdur", - Tramp təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

Ağ Ev rəhbəri Putinin müharibəni dayandırmağa razı olacağına ümid etdiyini bildirib. “Əks təqdirdə, onun üçün pis bitəcək",- deyə Tramp əlavə edib.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski bəyan etmişdi ki, “Tomahawk” raket zərbələri yalnız Rusiyadakı hərbi hədəflərə qarşı istifadə olunacaq. O, bu hədəflər sırasına enerji infrastrukturunu da daxil edib: 

“Çünki “ruslar enerji satır, pul alır və onu orduya yatırırlar”. 

Bununla belə, Zelenski ABŞ-nin Rusiyanın dərinliklərinə endirdiyi zərbələrə görə Kiyevlə kəşfiyyat məlumatı paylaşıb-paylaşmadığına dair suala cavab verməkdən imtina edib. "Mən bütün kəşfiyyat məlumatlarını paylaşa bilmərəm. Biz iki kəşfiyyat orqanının işindən razıyıq. Onların hazırda çox güclü əlaqələri var", - Ukrayna Prezidenti deyib.

Putin daha əvvəl bəyan etmişdi ki, Kiyevin Amerikanın uzaqmənzilli raketləri ilə təmin edilməsi Rusiya-ABŞ münasibətlərində “pozitiv tendensiyaların məhvinə” gətirib çıxaracaq və eyni zamanda eskalasiyanın “keyfiyyətcə yeni” mərhələsini qeyd edəcək. 

O, Amerika qoşunlarının birbaşa iştirakı olmadan Ukrayna qüvvələrinin raketlərdən istifadə edə bilməyəcəyini vurğulayıb. Eyni zamanda, Putin raketləri vurmağa və “hava hücumundan müdafiə sistemimizi təkmilləşdirməyə” hazır olduğunu bəyan edib. O əlavə edib ki, qanadlı raketlər döyüş meydanında güc balansını heç bir şəkildə dəyişməyəcək: 

“Çünki Ukrayna ordusu şəxsi heyətin artırılmasında problemlər yaşayır”.“Tomahawk” raketlərinin uçuş məsafəsi versiyadan asılı olaraq 1600-2500 km arasında dəyişir. Müharibə Tədqiqat İnstitutunun (ISW) ekspertlərinin fikrincə, Ukrayna Rusiya ordusunu silahla təmin edən və onun hücum əməliyyatlarına dəstək verən arxa bölgələri hədəfə alaraq, cəbhədəki əməliyyatları poza biləcək.

Seçilən
22
50
cebheinfo.az

10Mənbələr