AZ

Yaxın Şərq Sülh Sammitində iştirak edəcək liderlərin SİYAHISI

Bu gün Misirdə, Şarm əl-Şeyxdə keçiriləcək Yaxın Şərq Sülh Sammitində dünyanın bir sıra ölkələrinin dövlət və hökumət başçıları iştirak edəcəklər.

Turkustan.az xəbər verir ki, bu barədə Misirin rəsmi xəbər agentliyi MENA məlumat yayıb.

Həmin prezidentlərin adlarını təqdim edirik:

Azərbaycan Prezidenti İlham Əliyev;

Misir Prezidenti Abdel Fattah əs-Sisi;

ABŞ Prezidenti Donald Tramp

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan;

İordaniya Kralı II Abdullah ibn əl-Hüseyn;

Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani;

Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə;

Fələstin lideri Mahmud Abbas;

İndoneziya Prezidenti Prabovo Subianto;

Fransa Prezidenti Emmanuel Makron.

Bundan əlavə, Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin sammitdə baş nazirlər səviyyəsində iştirakı gözlənilir.

Sammitdə həmçinin Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi, BMT Baş katibi Antoniu Quterreş, Ərəb Liqasının Baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının sədri Antoniu Koşta, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və Yaponiyanın Qahirədəki səfiri Fumio İvay da iştirak edəcəklər./Bizim.Media

Seçilən
12
12
turkustan.az

10Mənbələr