AZ

Azərbaycan İran və Rusiya ilə münasibətlərində qarşılıqlı anlaşma prinsiplərinə sadiqdir – Baş nazirin müavini

Bakı. Trend:

Azərbaycan Respublikası həm İran İslam Respublikası, həm dəRusiya Federasiyası ilə münasibətlərində mehriban qonşuluq,qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinəsadiqdir.

Trend-inməlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müaviniŞahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikasınümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanıdeyib.

“Bu xüsusda əminik ki, hər iki ölkə ilə çoxşaxəli əlaqələrimizbundan sonra da həm ikitərəfli, həm də üçtərəfli müstəvidə dostluqvə qarşılıqlı faydalı əməkdaşlıq ruhunda inkişaf edəcək, yeniməzmunla daha da zənginləşəcək”, - deyə o bildirib.

Ş.Mustafayev dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət vəbir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında daha dainkişaf etdirilməsinin və gücləndirilməsinin vacibliyini xüsusiləqeyd edib.

“Bütün sahələrdə əməkdaşlığın inkişafı üçün regionda sülh,sabitlik, təhlükəsizlik, rifah və əməkdaşlıq təşəbbüsləriningücləndirilməsi olduqca önəmlidir.

Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış“3+3” regional məşvərət mexanizminin aktuallığı artmaqdadır. Butəşəbbüs mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarınıtamamlayır, regional təhlükəsizliyi və sabitliyi gücləndirir,iqtisadi artım və tərəqqi naminə yeni imkanlar yaradır.

Onu da qeyd edim ki, ölkələrimiz arasında üçtərəfli görüşformatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevintəşəbbüsü ilə yaradılıb. Həmin təşəbbüsə əsasan 2016-cı il avqustun8-də Bakı şəhərində Azərbaycan Respublikası, İran İslamRespublikası və Rusiya Federasiyası Prezidentlərinin birinci Zirvətoplantısı keçirilib. Daha sonra isə 2017-ci il noyabrın 1-dəTehran şəhərində ikinci Zirvə toplantısı baş tutub”, - deyə Başnazirin müavini qeyd edib.

Seçilən
1
3
az.trend.az

10Mənbələr