AZ

Azərbaycan üçtərəfli əməkdaşlığa sadiqdir

"Azərbaycan həm İran, həm də Rusiya ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir".

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu xüsusda, əminik ki, hər iki ölkə ilə çoxşaxəli əlaqələr bundan sonra da həm ikitərəfli, həm də üçtərəfli müstəvidə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda inkişaf edəcək, yeni məzmunla daha da zənginləşəcək:

"Bütün sahələrdə əməkdaşlığın inkişafı üçün regionda sülh, sabitlik, təhlükəsizlik, rifah və əməkdaşlıq təşəbbüslərinin gücləndirilməsi olduqca önəmlidir. Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış "3+3" regional məşvərət mexanizminin aktuallığı artmaqdadır. Bu təşəbbüs mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlayır, regional təhlükəsizliyi və sabitliyi gücləndirir, iqtisadi artım və tərəqqi naminə yeni imkanlar yaradır".

 

Seçilən
10
5
avtosfer.az

10Mənbələr