Niderland millisinin tarixi bombardiri Memfis Depay dünən Finlandiyaya qarşı keçirilən görüşdə parlaq oyun sərgiləyib.
Fanat.Az xəbər verir ki, təcrübəli hücumçu qarşılaşmanın ilk hissəsində 1 qol və 2 asist ilə komandasının lideri olub.
Bu performansla Depay həm qol, həm də asist baxımından milli karyerasında zirvədə yer alır.
Memfis Depay – Niderland millisi üzrə statistika:
54 qol
35 asist
Bu performans ilə Depay, “narıncılar”ın hücum tarixində adını əfsanələr sırasına yazdırıb.
Kamil Xudiyev