AZ

Memfis Depay Niderland tarixində zirvədə

Niderland millisinin tarixi bombardiri Memfis Depay dünən Finlandiyaya qarşı keçirilən görüşdə parlaq oyun sərgiləyib.

Fanat.Az xəbər verir ki, təcrübəli hücumçu qarşılaşmanın ilk hissəsində 1 qol və 2 asist ilə komandasının lideri olub.

Bu performansla Depay həm qol, həm də asist baxımından milli karyerasında zirvədə yer alır.

Memfis Depay – Niderland millisi üzrə statistika:

54 qol

35 asist

Bu performans ilə Depay, “narıncılar”ın hücum tarixində adını əfsanələr sırasına yazdırıb.

Kamil Xudiyev

Seçilən
5
fanat.az

1Mənbələr