AZ

Çingiz Əzimov yenidən gənc hədbolçularla çalışacaq

Yeni yaradılan qızlardan ibarət “Bakı” həndbol komandasının baş məşqçisi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, paytaxt təmsilçisi Çingiz Əzimova tapşırılıb.

Əlcəzairdə bu ölkənin kişi və qadın millilərinin baş məşqçisi olmuş təcrübəli mütəxəssis Azərbaycanda da bəzi klublarda işləyib.

O, müxtəlif illərdə qadınlardan ibarət ABU, “Qarabağ”, “Azəryol” və “İdman Akademiyası” kimi klubların, o cümlədən milli komandanın baş məşqçisi olub.

Qeyd edək ki, gənc oyunçulardan formalaşan “Bakı”nın heyətindəki həndbolçular 15-20 yaş aralığındadır.

İdman.Biz

Seçilən
37
1
idman.biz

2Mənbələr