AZ

İran Sülh Sammitində iştirak edəcək? - Bəyanat açıqlanıb

İranın xarici işlər naziri Abbas Arakçi Misir prezidenti Sisinin dəvətinə baxmayaraq Şarm əl-Şeyx Sammitinə qatılmayacaqlarını açıqlayıb.

Misir prezidenti Əbdülfəttah əs-Sisinin ev sahibliyi və ABŞ prezidenti Donald Trampın sədrliyi ilə Misirdə keçiriləcək Şarm əl-Şeyx Sülh Sammitinə 20-dən çox liderin qatılacağı gözlənilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezidenti Emmanuel Makron, İordaniya kralı II Abdullah, Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə, İngiltərə baş naziri Key Starmer, İspaniyanın baş naziri Pedro Sançes, İtaliyanın baş naziri Giorgia Meloni, Pakistanın baş naziri Şahbaz Şərif və Almaniya kansleri Fridrix Merzin iştirakı gözlənilən liderlər arasındadır.

İranın xarici işlər naziri Abbas Arakçi sammitdə iştirak etməyəcəklərini açıqlayıb. Arakçi X hesabında bu açıqlamanı verib:

"İran Prezident əs-Sisinin Şarm əl-Şeyx Sammitində iştirak etmək üçün dəvətinə görə minnətdardır. Biz diplomatik dialoqu dəstəklədiyimiz halda, nə prezident Pezeşkian, nə də mən İran xalqına hücum edən və bizə qarşı təhdid və sanksiyalar tətbiq edən həmkarlarımızla görüşə bilmirik. Bundan başqa, İran İsrailin Qəzzada soyqırımına son qoyacaq və işğalçı qüvvələrin çıxarılmasını təmin edəcək istənilən təşəbbüsü alqışlayır. Fələstinlilərin özünüidarəetmə kimi fundamental hüquqlarını təmin etmək hüququ var və bütün dövlətlər onları öz qanuni və ədalətli işlərində həmişəkindən çox dəstəkləməlidir".

Seçilən
24
kommersant.az

1Mənbələr