AZ

Azərbaycan millisi Ukraynaya qarşı

style='margin-bottom:10px;'>

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdğı komanda səfərdə Ukrayna ilə qarşılaşacaq.

Polşanın "Krakoviya" stadionunda təşkil olunacaq görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Ötən tur səfərdə Fransaya 3 cavabsız qolla uduzan millimiz Ukraynadan xal və ya xallar almağa çalışacaq. Azərbaycan yığması qrupda ilk xalını da məhz bu rəqibindən alıb. 2-ci turun Bakıda keçirilən matçında komandalar 1:1 hesablı heç-heçə etmişdi.

Bu qrupun digər matçında isə İslandiya millisi Fransanı qəbul edəcək.

13 oktyabr

DÇ-2026-nın seçmə mərhələsi

D qrupu

22:45. Ukrayna - Azərbaycan
Baş hakim
: Sebastian Gişamer
"Krakoviya" stadionu

22:45. İslandiya – Fransa

Seçilən
13
2
teleqraf.com

10Mənbələr