AZ

KİV: İspaniya - Argentina matçı Qətərdə keçirilə bilər

KİV: İspaniya və Argentina arasında matçı 2026-cı ilin martında Qətərdə keçirilə bilər

FİFA Avro‑2024 və Kopa Amerika‑2024-ün qalibləri arasında matçı - Finalissimanı 2026-cı ildə Qətərdə təşkil etməyi planlaşdırır.

İdman.biz "Marca"ya istinadən xəbər verir ki, İspaniya və Argentina yığmaları arasında görüşün keçirilməsi 2026-cı il martın 28-də nəzərdə tutulub.

FİFA matçı Lusail stadionunda keçirməyi düşünür, həmçinin Mayami və Ər-Riyad stadionları da müzakirə mövzusu olub.

Əgər matç Lusail stadionunda keçiriləcəksə, Argentina yığması həmin arenaya deyərli xatirələrlə qayıdacaq - 2022-ci ilin dekabrında burada dünya çempionatının finalında Fransa yığmasını 3:2 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, kişi Finalissima ilk dəfə 2022-ci ilin iyununda Londonda keçirilib. Avropa çempionu İtaliya ilə Kopa Amerikanın qalibi Argentina arasında baş tutan qarşılaşmada Cənubi Amerika komandası 3:0 hesabı ilə qələbə qazanmışdı.

İdman.Biz

Seçilən
21
1
idman.biz

2Mənbələr