AZ

QHT sədri Xatirə Vəliyeva Prezidentlərin görüşünü şərh edib

Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycan artıq regionda yalnız müşahidəçi deyil, mövqeyi qəti, sözü çəkili və güclü dövlət olaraq seçilir.

Onun sözlərinə sözlərinə görə, Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin görüşü sadəcə diplomatik jest deyil, regionda güc balansını yenidən müəyyən edən siyasi mesaj idi. Görüşdən sonra Rusiyanın hüquq-mühafizə və inzibati dairələrində Azərbaycana, eləcə də orada yaşayan həmvətənlərimizə qarşı münasibətdə hiss olunan yumşalma, dialoqun real nəticəsi kimi qiymətləndirilir:

"Azərbaycan heç vaxt təzyiq və təhdid mühitinə uyğunlaşan dövlət olmayıb. Əksinə, dialoqu, qarşılıqlı hörməti və milli maraqları əsas tutan siyasət yürüdür. Bu Prezident İlham Əliyevin dövlət maraqlarını qoruyan, milli qürurla diplomatiyanı birləşdirən siyasi iradəsinin təntənəsidir".

 

Pərvanə Fərhadqızı

Seçilən
13
qht.az

1Mənbələr