AZ

Zelenski: ABŞ-ın Rusiyaya qarşı məlumat verib-vermədiyini açıqlaya bilmərəm

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiyaya qarşı hücumlar üçün Kiyevə kəşfiyyat məlumatları ötürüb-ötürmədiyi sualına cavab verməkdən imtina edib.

Musavat.com xəbər verir ki, o, bu məsələnin məxfi xarakter daşıdığını vurğulayıb.

“Bütün kəşfiyyat məlumatlarını paylaşa bilmərəm. Biz iki kəşfiyyat qurumumuzun işindən razıyıq. Bu gün aramızda çox möhkəm əlaqələr var”, – deyə Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, ABŞ və Ukrayna arasında təhlükəsizlik əməkdaşlığı yüksək səviyyədə davam edir və bu əməkdaşlıq Rusiyaya qarşı əməliyyatların effektivliyinə mühüm təsir göstərir.

 

Musavat.com

Seçilən
11
50
musavat.com

10Mənbələr