AZ

Zelenski açıqladı: Rusiyaya qarşı əməliyyatlar planı təsdiqləndi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı əməliyyatlar planını təsdiqlədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Ukrayna lideri bu barədə özünün "Telegram" kanalında bildirib.

"Mən xidmətin bəzi planlarını, Rusiya müharibəsinə asimmetrik cavablarımızı təsdiqlədim. İndi diqqət təbii olaraq bizim əks-hücumumuz olan Dobropillya əməliyyatına yönəlib. Digər bütün rayonlarda da müdafiəmiz davam edir", - deyə Zelenski qeyd edib.

Seçilən
12
50
publika.az

10Mənbələr