AZ

Dayan Kiton vəfat edib

Oskar mükafatlı aktrisa Dayan Kiton  79 yaşında vəfat edib.

OLAY yazır ki, Amerika kinosunun əfsanəsi sayılan Kiton, 1977-ci ildə “Enni Holl” filmindəki rolu ilə “Oskar” mükafatı alaraq dünya şöhrəti qazanıb. O həmçinin “Xaç atası” filmində “Kay Adams” obrazı ilə də yadda qalıb.

Canlandırdığı rollarla yanaşı fərqli geyim tərzi ilə də tanınan aktrisa, Hollivudun ən orijinal simalarından biri olub. Kiton “Reds”, “Marvin’s Room” və “Something’s Gotta Give” kimi filmlərlə də böyük uğur əldə edib. 

Aktrisalıqdan  əlavə o fotoqraf, rejissor, prodüser  kimi də fəaliyyət göstərib.

Seçilən
7
1
olay.az

2Mənbələr